İran parlamenti “İffət və Hicab” qanunu layihəsini xeyli genişləndirib

İran parlamenti “İffət və Hicab” qanunu layihəsini xeyli genişləndirib
  31 İyul 2023    Oxunub:884
İran parlamenti neçə müddətdir ki, cəmiyyətdə böyük narazılıq doğuran, lakin bir çox tərəfdarları oaln məcburi hicab barədə qanun layihəsini yaxın vaxtlarda müzakirəyə çıxarmağa hazırlaşır.
AzVision.az xəbər verir ki, cəmiyyətdə birmənalı qarşılanmayan “İffət və hicab” qanun layihəsi İran parlamentinin Məhkəmə və Mədəniyyət komissiyalarında nəzərdən keçirildikdən sonra 15 maddədən 70 maddəyə qədər “zənginləşdirilib”.

Bu cür “zənginləşmə”nin səbəbini İslam Şurasının nümayəndəsi Məhəmmədtəqi Nəqdəli parlamentin ictimai forumunda izah edib.

“Məcburi hicabla bağlı yekun qanun layihəsində “bütün aspektlər” nəzərə alınıb.Məhəmməd Baqir Qalibafməsələnin müxtəlif aspektlərindən əsaslı bir iş görülməli və qanunvericilik edilməlidir dediyi üçün bu qanun layihəsinin nəzərdən keçirilməsi uzadılıb”, - Nəqdəli deyib.

İbrahim Rəisi hökumətinin parlamentə təqdim etdiyi qanun layihəsi cəmi 15 maddədən ibarət idi. Nəqdəlinin açıqlaması həmin varianta “55 yeni maddə”nin əlavə olunduğunu göstərir.
Qeyd edək ki, ötən ilki etirazlardan sonra iranlı qadınların məcburi hicaba qarşı müqavimətinin davam etməsindən sonra məhkəmə sistemində hazırlanan “İffet və hicabın qorunması” qanun layihəsi bu il mayın 30-da İbrahim Rəisi hökuməti tərəfindən parlamentə təqdim edilib.
AzVision.az



Teqlər: İran   parlament  





Xəbər lenti