Belarusun müdafiə naziri İrana gedib

   Belarusun müdafiə naziri İrana gedib
  31 İyul 2023    Oxunub:997
Belarusun müdafiə naziri Viktor Xrenin İrana rəsmi səfərə gedib. Bu barədə “RİA Novosti” beynəlxalq hərbi əməkdaşlıq departamentinin rəhbəri, idarə rəisinin köməkçisi Valeri Revenkoya istinadən məlumat verilib.
O, nazirin səfəri çərçivəsində hansı görüşlərin planlaşdırıldığını və hansı mövzuların müzakirəsinin nəzərdə tutulduğunu açıqlamayıb.

Öz növbəsində Müdafiə Nazirliyinin mətbuat xidməti Xreninin artıq İrana çatdığını bildirib.
İran tərəfinin məlumatına görə, səfər zamanı İranın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar planlaşdırılır və bu danışıqlar zamanı tərəflər Belarus və İran arasında ikitərəfli hərbi əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti