İsrail 60 milyonluq artilleriya mərmisi alır

   İsrail 60 milyonluq artilleriya mərmisi alır
  31 İyul 2023    Oxunub:1102
İsrail yaxın vaxtlarda ümumi dəyəri 60 milyon dollardan çox olan on minlərlə 155 mm-lik artilleriya mərmisi alacaq. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Müqavilə bir il ərzində yerinə yetiriləcək, artilleriya mərmilərinin 2024-cü ildə çatdırılması gözlənilir”, - məlumatda deyilir.

Təchizatçı İsrailin müdafiə konserni Elbit Systems olacaq. Saziş artıq İsrail Müdafiə Nazirliyinin baş direktoru, ehtiyatda olan general-mayor Eyal Zamir tərəfindən təsdiqlənib.

Mətbuat xidməti əlavə edib ki, mərmilər İsrail Müdafiə Qüvvələrinin artilleriya bölmələri üçün nəzərdə tutulub.

“Artilleriya mərmisinin istehsalı mühüm əhəmiyyət kəsb edir və Müdafiə Nazirliyi bu illər ərzində ona böyük sərmayə qoyub. Elbit Systems ilə bu razılaşma İsrail Müdafiə Qüvvələrinin potensialını və müxtəlif döyüş ssenarilərinə hazırlığını gücləndirəcək”, - İsrail Müdafiə Nazirliyinin istehsal və təchizat şöbəsinin rəhbəri Zeev Landau bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti