ABŞ prezidentliyinə namizəd Ukrayna haqqında kəskin danışdı

   ABŞ prezidentliyinə namizəd Ukrayna haqqında kəskin danışdı
  31 İyul 2023    Oxunub:1165
Ağ Evin külli miqdarda pul xərclədiyi Ukrayna münaqişəsi, Meksikadakı narkotik kartelləri ilə bağlı vəziyyətdən fərqli olaraq, amerikalılara heç bir şəkildə təsir etmir.
Bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami açıqlama verib. “Qırılma nöqtələri” podkastında siyasətçi miqrantların və narkotik alverçilərinin ölkəyə daxil olduğu Meksika ilə sərhəddəki problemləri xatırladıb.

Ramasvami vurğulayıb ki, o, Meksika hökumətinə təsir etmək və sərhəd təhlükəsizliyi məsələsini həll etmək üçün hər cür səy göstərəcək:

“Amma narkotik kartelləri ilə baş verənlər ilə Ukraynada baş verənlər arasında prinsipial fərq var. Ukraynada baş verənlər Meksika narkotik kartellərindən fərqli olaraq Amerika torpaqlarında həyata heç bir şəkildə təsir göstərmir”.

AzVision.az


Teqlər:





Xəbər lenti