Çin və BƏƏ Türklərin olduğu bölgədə hərbi təlim keçirəcək

   Çin və BƏƏ Türklərin olduğu bölgədə hərbi təlim keçirəcək
  31 İyul 2023    Oxunub:1338
Çin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri avqust ayında ilk dəfə birgə hərbi manevrlər keçirəcək.
Bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təlimlər Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində keçiriləcək.

Təlimlər cari il üçün ikitərəfli ordulararası əməkdaşlıq planına uyğun olaraq reallaşacaq. "Bu, Çin-BƏƏ hava qüvvələrinin ilk təlimidir və iki dövlətin silahlı qüvvələri arasında praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlib", - məlumatda deyilir.

Bildirilir ki, manevrlər qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə töhfə verəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti