Nilufər Hamidi və İlahə Məhəmmədi beynəlxalq mükafat alacaqlar

“Nilufər Hamidi və İlahə Məhəmmədi, Məhsa Əmininin vəfatından və onun dəfn mərasimindən sonra etirazçıların, xüsusən də İran qadınlarının ürəyini fəth etdi. Nilufər və İlahə hələ də həbsdədirlər və milli təhlükəsizliklə bağlı ittihama görə, hətta edamla da müşayiət olunan hökm çıxarıla bilər və biz onlardan çox narahatıq. Con Aubuchon mükafatı bu iki cəsur qadın jurnalistin vəziyyətinə diqqət çəkmək və onlara qarşı edilən vəhşi rəftara etiraz etmək üçün verilir və Amerika Milli Mətbuat Klubu bu iki jurnalistin azadlığını və təhlükəsizliyini istəyir”, - bəyanatda deyilir.
Amerika Milli Mətbuat klubunun ən yüksək mükafatı olan “Con Aubuchon” mükafatı ildə iki dəfə—bir dəfə daxili, bir dəfə isə beynəlxalq miqyasda təqdim olunur.
AzVision.az
Teqlər: