Evini silah anbarına çevirən erməni tutuldu -VİDEO

Evini silah anbarına çevirən erməni tutuldu    -VİDEO
  31 İyul 2023    Oxunub:1253
Ermənistanın Kotayk rayonunun Kanakeravan icmasının 43 yaşlı sakininin evindən xeyli sayda silah-sursat tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, polisə qanunsuz saxlanılan silah-sursat barədə əməliyyat məlumatı daxil olub.
Məlum olub ki, həmin şəxs evdə 109 patron, 4 durbin, 1 ədəd maqazin, 1 qumbara, 23 ədəd avtomobil nömrəsi, 1 ədəd metal dəyənək və digər hərbi ləvazimatlar aşkar edilib.

Evində az qala silah arsenalı saxlayan erməni saxlanılıb, faktla bağlı ilkin araşdırma aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Silah  





Xəbər lenti