“Niyə ona "dur" deyən olmadı?” –Deputat qəzəbləndi

“Niyə ona "dur" deyən olmadı?” –Deputat qəzəbləndi
  05 İyun 2014    Oxunub:891
“Bu gün virtual mətbuatda Bakının mərkəzində bir əcnəbi turistin bir körpə uşağın əlindən tutaraq saymazyana onu yerlə sürüməsi barədə məlumat yayıldı. Həmçinin onu təsdiq kimi bir şəkil də verildi.

Deyilənə görə, bir azyaşlı qaraçı əcnəbi turistin 200 manat pulunu oğurlayaraq qaçıb.

Pul oğurlayan qaraçı ətrafdakı şəxslər tərəfindən tutulub və turistə verilib. Turist isə uşağı sürüyə-sürüyə polisə aparıb”.


Millət vəkili Aydın Mirzəzadə bu gün sosial şəbəkələrdə dilənçi uçağın Bakıya qonaq gələn turist tərəfindən zorakılığa məruz qalmasın əks etdirən fotodan danışıb.

AzVision.az xəbər verir ki, deputat turistin bu hərəkətinin qəddarlıq olduğunu bildirib. Millət vəkili ətrafda hadisəni izləyən paytaxt sakinlərini də qınayıb.

“Qaraçıların qeyri-qanuni hərəkətləri əlbətdə ki, ayrıca və ağrılı bir mövzudur. Bu barədə çox deyilib və vaxtaşırı da inzibati tədbirlər görülür.

Ancaq diqqəti çəkən Azərbaycana gələn turistin hamının gözü qarşısında uşağa qarşı qəddar hərəkətləridir. Onun heç kmi vecinə almadan uşağı yerlə sürüməyi heç bir çərçivəyə sığmayan bir hərəkətdir. Uşağın heç bir hərəkəti ona qarşı qəddar və vəhşi hərəkətin edilməsinə səbəb ola bilməz.

Xarici vətəndaşın bunu bildiyi halda Bakının mərkəzində hamının gözü qarşısında uşağı yerlə sürüməyi qanunlarımıza v ümumilikdə bizlərə qarşı bir saymamazlıqdır. Özünə və cəzasızlığına inamı xarici ölkədə onun belə azğın hərəkətinə gətirib çıxarır.

Və inanmıram ki, o öz ölkəsinə belə hərəkət edə biləydi.

Mənə maraqlı gələn onun hərəkətinə hadisəni müşahidə edənlərin soyuq yanaşmasıdır. Kimsə qabağa çıxmadı, kimsə ona "dur" demədi. Ona qarşı bir ictimai hiddət ortaya qoyulmadı.

Ancaq lazım idi.

Hesab edirəm ki, ölkənin hüquq-mühafizə orqanları bu hadisəyə hüquqi qiymət verməlidirlər.

Yada salım ki. cəmi üç gün əvvəl 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü idi. O cümlədən Bakının mərkəzində xarici turistin yerlə sürüdüyü o 10 yaşlı uşağın da”.

AzVision.az


Teqlər:  





Xəbər lenti