Məhəməd İsmaili: sənət adamları hakimiyyətə qarşı mübarizənin bayraqdarı rolunu oynayıblar

 Məhəməd İsmaili:  sənət adamları hakimiyyətə qarşı mübarizənin bayraqdarı rolunu oynayıblar
  31 İyul 2023    Oxunub:1041
İran hökuməti sənət adamlarına qarşı yürütdüyü repressiya siyasətinə bəraət qazandırmaq üçün onları cəmiyyətdə mövcud olan protest əhval-ruhiyyəsini dəstəkləməkdə günahlandırır.

AzVision.az İranın Mədəniyyət naziri Məhəmməd Mehdi İsmailiyə istinadən xəbər verir ki, ümummilli etirazlar zamanı görkəmli mədəniyyət və incəsənət xadimlərinin hakimiyyətə qarşı mübarizədə aparıcı rol oynadığını iddia edən bu qurum, onların mədəniyyət və incəsənət sahəsində fəaliyyətinə qadağa qoyub.

Etirazları “2022-ci il fitnəsi” adlandıran İsmaili, etirazçılara qarşı qoyulan qadağaları sadalayaraq, rəhbəri olduğu nazirliyin bu müstəvidə “rekord”unu müdafiə edib.

“Mədəniyyət və incəsənət sahəsini boykot etmək istəyən hərəkatla qarşılaşdıq. Ölkənin bütün mədəniyyət və incəsənət proqramları bağlanıb. Bizi passivləşdirmək üçün üzərimizə çoxlu nalayiq sözlər, təhqirlər atdılar. Rəhbər olduğum iki ildə bir il genişmiqyaslı müharibədə iştirak etdik. Əvvəldən hicabın açılmasına qarşı mövqe tutdum və dedim ki, hicab açanlar mədəniyyət və incəsənət sahəsində olmamağı seçiblər. Kitab yarmarkasının keçirildiyi məkanda qadınlara “əmr be məruf, nəhy əz münkər” üçün qüvvələr yerləşdirib”, - İsmaili deyib.

Onun iddiasına görə, müqəddəsləri təhqir edən və fitnəçilərlə birlikdə olan heç kəsə mədəniyyət və incəsənət sahəsində qalmağa icazə verilməyəcək.
AzVision.az


Teqlər: İran   sənətçilər  





Xəbər lenti