İran “Arəş” yatağı məsələsində öz “hüquq və maraqlarını” qorumaq fikrindədir

İran “Arəş” yatağı məsələsində öz “hüquq və maraqlarını” qorumaq fikrindədir
  31 İyul 2023    Oxunub:1052
İranla dəniz sərhədlərini müəyyən etməmiş Küveytin Əl-Durra qaz yatağında (Arəş) qazma işlərinə başlaması Tehranın etirazına səbəb olub.
AzVision.az xəbər verir ki, İranın neft naziri Cavad Oci müştərək “Arəş” yatağı ilə bağlı plan və layihələri nəzərdən keçirilməsi üçün çağırılan iclasda dəniz sərhədləri müəyyənləşdirilməmiş sözügedən yataqda Küveytin qazma işlərinə başlayacağı halda, Tehranın öz hüquqlarının pozulmasına dözməycəcyini bildirib.

“Küveyt və Səudiyyə Ərəbistanı tərəfindən anlaşma və əməkdaşlıq istəyi olmasa, İran öz hüququnun və faydalarının təminatını və qeyd olunan resurslardan istifadə etməyi planlaşdırır. Əgər "Arəş"in birgə inkişafı üçün anlaşma və əməkdaşlıq istəyi olmasa bu sahədə İran öz hüquq və maraqlarını həyata keçirəcək”, - Oci deyib.

Nazir "Arəş" qaz yatağının kəşfiyyatı və istismarı ilə bağlı İranın hüquq və maraqlarını necə “izləmək” barədə daha ətraflı məlumat verməyib.

Bundan əvvəl Küveytin neft naziri iyulun 27-də “Sky News Arabic” kanalına müsahibəsində ölkəsinin İranla dəniz sərhədlərinin müəyyənləşdirilməsini gözləmədən bu yataqdan qazma və qaz hasilatına başlayacağını açıqlayıb.
AzVision.az


Teqlər: İran   "Arəş"  





Xəbər lenti