Sistan və Bəlucistanda yaşanan daşqınlar infrastrukturu dağıdır

Əyalət rəsmisinin açıqlamasına görə, təxmin edilən zərərin böyük hissəsi – “561 milyard tümənə” ekvivalent - su, elektrik obyektləri və yollar kimi infrastrukturda qeydə alınıb.
Fanuc valisi Şüeyb Arifi “İRNA” agentliyinə “optik lifin qopması” səbəbindən Kətiçin rabitə xətlərinin “ümumiyyətlə” kəsildiyini və bu bölmənin adamları ilə əlaqənin itdiyini söyləyib. O, Fanuc şəhərində insanların evlərinin su altında qaldığıın, insanların müvəqqəti olaraq şəhərin məktəblərində və bədən tərbiyəsi zallarında yerləşdirilməsinin nəzərdə tutulduğunu açıqlayıb.
Sistan və Bəlucistanın cənubundakı Qəsrənd şəhərindəki yağış və daşqınlar şəhərin yaxınlığındakı Kajo çayı ərazisində 42 kənd yolunun və digər köməkçi yolların bağlanmasına səbəb olub.
Meteorologiya təşkilatının açıqlamasına görə, Sistan və Bəlucistan əyalətinin cənubunda yağan güclü yağış, “musson” adlandırılan sistemin aktivləşməsi ilə bağlıdır.
AzVision.az