Prezident Bodrumda şam yeməyində

Prezident Bodrumda şam yeməyində
  05 İyun 2014    Oxunub:949
İyunun 4-də axşam Bodrumda Türkiyə Prezidenti Abdullah Gülün adından dövlət başçılarının şərəfinə şam yeməyi verilib.

Türkiyə Prezidenti Abdullah Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Bodrumda olan Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.
Prezidentlər birgə foto çəkdiriblər.

Sonra Türkiyə Prezidenti Abdullah Gülün adından dövlət başçılarının şərəfinə şam yeməyi verilib.

Daha sonra tarixi Bodrum qalasında “Türk düyünü” adlı konsert təqdim olunub.

***
Türkiyə prezidenti Abdulla Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısını ərəfəsində Türkmənistan, Qırğızıstan və Azərbaycan prezidentləri ilə görüşlər keçirib.

AzVision.az xəbər verir ki, mətbuata qapalı keçirilən görüşlərdə ölkələr arasındakı münasibətlər, enerji və digər sahələri üzrə müzakirələr aparılıb.

Görüş başa çatdıqdan sonra prezidentlərin şərəfinə ziyafət təşkil edilib.




Teqlər:  





Xəbər lenti