Nigerdə prezidentə yaxın siyasətçilər həbs edilir

Nigerdə prezidentə yaxın siyasətçilər həbs edilir
  31 İyul 2023    Oxunub:849
Nigerdə qiyamçılar Prezident Mohamed Bazuma yaxın siyasətçiləri həbs etməyə başlayıb.
Bu barədə “Reuters” agentliyi çevrilişdən əvvəlki hakim partiyaya istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, partiyanın rəhbəri, həmçinin energetika və dağ-mədən sənayesi nazirləri həbs olunub. Hərbçilər hakimiyyəti ələ keçirməzdən əvvəl Bazumun lideri olduğu “Niger Demokratiya və Sosializm Partiyası – Taraya” parlamentdə çoxluq təşkil edirdi.

Həbslər Qərbi Afrika İqtisadi Birliyinin fövqəladə sammitinin bir həftə ərzində Nigerin konstitusiya quruluşunu bərpa etmək barədə qiyamçılara müraciəti fonunda aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti