Paşinyan ianə gecəsi keçirdi

   Paşinyan ianə gecəsi keçirdi
  01 Avqust 2023    Oxunub:774
İyulun 31-də İrəvan Ağsaqqallar Şurasına seçkilər ərəfəsində Ermənistanın “Vətəndaş Müqaviləsi” partiyasının pul toplama gecəsi keçirilib.
AzVision.az “Hraparak”a istinadla xəbər verir ki, ianə gecəsində Baş nazir Nikol Paşinyan da çıxış edib.

Qəzet yazır ki, Baş nazirin xanımı Anna Akopyana məxsus “Mənim addımım” fonduna il ərzində bir neçə erməni biznesmen və oliqarx tərəfindən müxtəlif məbləğlərdə ianələr göndərilib. Hakim partiya rəsmiləri ianələrin, əsasən, 44 günlük müharibədə iştirak edən hərbçilərin valideynlərinin problemlərinin həlli istiqamətində xərclənəcəyini bildirsə də, hələlik bu barədə rəsmi bir məlumat yoxdur.

Nəşrin məlumatına görə, ianə gecəsində hakim partiyanın bir sıra funksionerləri və erməni siyasi elitasının əsas üzvləri iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti