Nissan Z Nismo idman avtomobilini təqdim etdi
Avtomobil qara, ağ, gümüşü, qırmızı və eksklüziv boz kuzov rənglərində mövcuddur. Salon Alcantara bəzəkli Recaro idman oturacaqları ilə təchiz edilib.
Kapotun altında doqquz pilləli avtomatik ötürücü ilə birləşdirilmiş 420 at güclü benzin turbo mühərriki var.
Nissan Z Nismo-nun satışı bu ilin sentyabrında başlamalıdır. Qiyməti məlum deyil.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Nissan