Çində daşqın qurbanlarının sayı artıb, 27 nəfər itkin düşüb
Pekin Meteoroloji Xidmətləri qərb bölgəsində yağış xəbərdarlığını qırmızıdan narıncıya, digər ərazilərdə isə sarıya endirib.
İyulun 29-da Çinin Futszyan əyalətini vuran Doksuri qasırğası ən azı 3 milyard yuan (təxminən 425 milyon dollar) ziyan vurub.
Əyalətin daşqın və quraqlığa nəzarət qərargahının məlumatına görə, tropik siklon 1,45 milyon insana təsir göstərərək, ümumilikdə 3,053 milyard yuan birbaşa iqtisadi itkilərə səbəb olub.
Qasırğa kənd təsərrüfatı əkinlərinə də təsir edib, təxminən 456,6 hektar əkin sahəsini məhv edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: