Kran aşdı, 17 nəfər öldü

Kran aşdı,    17 nəfər öldü
  01 Avqust 2023    Oxunub:799
Hindistanın Maharaştrada ştatında tikinti kranının aşması nəticəsində azı 17 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Qeyd edilir ki, faciəvi hadisə çərşənbə axşamı gecə Mumbaydan 80 km aralıda yerləşən Txane rayonunda avtomobil yolunun tikintisi zamanı baş verib. Üç nəfər yaralanıb, dağıntılar altında daha beş nəfərin qaldığı yazılıb. Nəşrin məlumatına görə, faciə zamanı zərərçəkənlərin hamısı tikintidə çalışanlar olub. Hindistanın baş naziri Narendra Modi ölən və yaralananların ailələrinə başsağlığı verib, hökumət onlara birdəfəlik maddi yardım göstərəcəyini bəyan edib.

Kranın hansı səbəbdən aşması hələlik müəyyən edilməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Hindistan  





Xəbər lenti