25-26 yaşlı İranlı gənclər ev sahibi olmaq üçün ən azı 190 il yaşamlıdır
Hesablamalara görə, “Z nəsil” işçilərinin orta aylıq gəliri 11 milyon 300 min tüməndən 12 milyon tümənə qədərdir və onlar “ən yaxşı halda” ayda bir milyon tümənə qənaət edə bilərlər.
Bu nəslin qadın təmsilçilərinin ev sahibi olma ehtimalı ilə bağlı ümidverici perspektivin müşahidə edilmədiyi və onların bir qrupunun bu barədə heç düşünmədikləri vurğulanır.
“Biz ev almaq və ev sahibi olmaq haqqında qətiyyən düşünmürük və düşünmədiyimiz üçün də, biz evlənmək və uşaq sahibi olmaq haqda fikirləşmirik”, - hesabatda deyilir.
Başqa bir qrup isə bu suala cavab olaraq yaşı 30-dan yuxarı dostlarının ailə qura bilməyəcəyini və “müəyyən subaylığa” qədəm qoyduğunu bildirib.
13-cü hökumət “mənzil krediti”nin məbləğinin artırılmasını elan etməklə, İbrahim Rəisinin “ildə bir milyon mənzil” tikmək planının iflasa uğramasının qarşısını almağa çalışıb. Amma İran mediası və sosial şəbəkə istifadəçilərinin araşdırmaları aylıq ödənişinin həcminin çox yüksək olduğu bu krediti sadə insanların qaytarmağa gücü çatmayacağını aşkarlayıb.
AzVision.az