İslandiyanın Moskvadakı səfirliyinin binası boşaldıldı

  İslandiyanın Moskvadakı səfirliyinin binası boşaldıldı
  01 Avqust 2023    Oxunub:899
İslandiyanın Moskvadakı səfirliyinin binasındakı bayraq dirəyindən İslandiya bayrağı və nişanlar götürülüb, əraziyə nəzarət edən polis əməkdaşları yoxdur. Bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, səfirliyin əməkdaşları əşyaları iyulun 20-də çıxarıblar.

İyunun 9-da İslandiya hökumətinin saytında İslandiyanın Rusiyadan Reykyavikdəki səfirliyin fəaliyyətini məhdudlaşdırmağı və diplomatik missiyanın səviyyəsini aşağı salmağı tələb etdiyi barədə xəbər yayılıb.

Açıqlamaya görə, İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfjord Gilfadottir də avqustun 1-dən Moskvadakı səfirliyin fəaliyyətini dayandırmağa qərar verib.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İslandiyanın Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarı Rusiya-İslandiya əməkdaşlığının bütün kompleksini məhv edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti