Ajei məmurların əməllərini "düşmən siyasəti" ilə pərdələməyə çalışır

Ajei məmurların əməllərini "düşmən siyasəti" ilə pərdələməyə çalışır
  01 Avqust 2023    Oxunub:911
İrandakı teokratik rejim öz təmsilçilərinin biabırçı əməllərini ört-basdır etmək üçün camiyyətin diqqətini ölkədə sabitliyi pozmaq istəyən “düşmən”lərə yönəldir.
AzVision.az xəbər verir ki, İranın Məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni Ajei məhkəmə Ali Şurasının iclasında iranlı məmurun kişilərlə cinsi əlaqədə olması ilə bağlı videoçarxın yayılmasını “düşmənin gündəminin İranın şəxsiyyət və qurumlarını məhv etmək” cəhdi ilə əlaqələndirib.

“Biz gördük ki, hər gün bir şəxs haqqında şayiə çıxarıb dərc edirlər və psixoloji əməliyyatlarla insanları çaşdırmağa çalışırlar. Düşmənin bu əməllərində məqsəd xalq, məmur və qüvvələr arasında şübhə və təfriqə yaratmaqdır. Düşmən cəbhəsi ölkənin tərəqqi və problemlərin həlli istiqamətində hərəkət etməsinə mane olmaq üçün hər gün şayiə, həqiqət və batil çaşqınlığı ilə beyni məşğul edir. Biz hamımız bir ailənin üzvləriyik, başqalarının dominant olmasına, işin səriştəsizlərin və sızanların əlinə keçməsinə imkan verməməliyik”, - Ajei bildirib.

Ali Məhkəmənin sədri iki dövlət məmurunun kişilərlə cinsi əlaqədə olması klipi məsələsini birbaşa qeyd etməsə də, onun Rza Seqati ilə bağlı xəbərlərə üstüörtülü eyham vurduğu tam aydındır.

Ölkədə yaşanan problemlərə qarşı bütün etirazları az qala şeytan və ya şeytanın fitnə-felinə uyanların, habelə düşmənlərin əməli kimi qiymətləndirən Ajei, düşmən tərəfindən yayılan söz-söhbətlərə inanmamağın və hökmdarın itaətində qalmağın ən düzgün həll yolu olduğunu söyləyib.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az



Teqlər: İran   Ajei  





Xəbər lenti