Böyük Britaniya yezidilərin qırğınını soyqırımı kimi tanıdı

   Böyük Britaniya yezidilərin qırğınını    soyqırımı kimi tanıdı
  01 Avqust 2023    Oxunub:733
Böyük Britaniya “İŞİD”in İraqda yezidi kürdlərə qarşı törətdiyi cinayətləri soyqırımı kimi tanıyıb.
AzVision.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda məlumat verilib.

Bəyanatda Böyük Britaniyanın xarici işlər nazirinin müavini Lord Tariq Əhməddən sitat gətirilib: "Bu gün biz yezidi xalqına qarşı soyqırımı törədildiyini etiraf edərək tarixi addım atdıq".

Xatırladaq ki, bu ilin yanvarında Almaniya parlamenti də yezidilərə qarşı cinayətlərin soyqırımı kimi tanınmasına səs verib.

Yezidilər əsasən İraqın şimalında yaşayan kürd etno-konfessiya qrupudur. 2014-cü ildə yezidilərin kompakt yaşadıqları Sincarı ələ keçirən İŞİD-in yerli əhalini amansız soyqırıma məruz qoyduğu deyilir.
Tural Tağıyev
AzVision.az



Teqlər: Soyqırımı  





Xəbər lenti