İranda su böhranına qarşı mitinq keçirilib

İranda su böhranına qarşı mitinq keçirilib
  01 Avqust 2023    Oxunub:1016
Sistan və Bəlucistan əyalətinin şimalındakı Zabul şəhərinin bir qrup sakini İran hökumətinin quraqlıq böhranı, qum fırtınası və toz fırtınaları ilə mübarizə siyasətlərinin uğursuzluğuna və “Hirmənd sərhəd çayının statusunu dərk etməməsinə” etirazlarını bildiriblər.
AzVision.az İranın rəsmi xəbər agentliklərinə istinadən bildirir ki, etirazlarda iştirak edən yüzlərlə Zabullu bölgədə su qıtlığının “mega kritik” mərhələyə keçdiyini söyləyiblər. Onlar digər məsələlərlə yanaşı, prezident İbrahim Rəisinin bölgəyə gəlməsini və “Sistan Böhran qərargahı Ali şurasının yaradılmasını” tələb ediblər.

Mitinqdə etirazçılar əllərində “Sistanın suyu yoxdur, Sistanın havası yoxdur, Sistanın dolanışığı yoxdur, Sistanın suya susaması, mövcud vəziyyətin səbəbi sərhəd çayı gözətçiləridir” kimi şüarlar yazılmış plakatlar daşıyıblar.

Çıxış edənlər bu rayonda su böhranının, sənaye müəssisələrinin olmamasının əhalinin güzəranını təhlükə altında qoyduğunu, insanlara ağır zərbələr vurduğunu bildiriblər. Sistan və Bəlucistan əyalətinin şimalında yaşayan əhali kənd təsərrüfatı sektoruna dəyən zərərin ödənilməsini, vergilərdə güzəştlərin tətbiqini və heyvandarlıq fermerlərinə verilən kreditlərin əsas və faiz hissələrinin bağışlanmasını istəyir.
AzVision.az





Teqlər: İran   su  





Xəbər lenti