Netanyahu: "İranın nüvə infrastrukturunu geri çəkməyən razılaşmanın mənası olmayacaq"
“Mənim İranla hər hansı sövdələşmə və razılaşma ilə bağlı mövqeyim, istər əvvəlki JCPOA (İranın nüvə problemi ilə bağlı 5+1 formatı), istərsə də digər kiçik sazişlər barəsində budur ki, İranın nüvə infrastrukturunu geri çəkməyən hər hansı razılaşma mahiyyətcə dəyərsizdir və heç bir mənası yoxdur. Əsasən, iranlılar siz onlara müqavilədə nə versəniz, alacaqlar, lakin onlar nüvə proqramından və nüvə silahı və ya nüvə silahı komponentləri istehsal etmək imkanlarından geri çəkilməyəcəklər. Belə bir razılaşmanın mümkün olub-olmadığını deyə bilmərəm. Lakin bu, davam etsə də, etməsə də, mənim fikrim eynidir”, - Netanyahu deyib.
Netanyahu onu da vurğulayıb ki, Tehranla Vaşinqton arasında hansısa kiçik və yaxud maksimum razılşamanın və ya anlaşmanın imzalanıb-imzalanamyacağına baxmayaraq, İranın nüvə silahı ilə İsrailin məhvi təhlükəsindən müdafiə üçün Təl-Əvivn lazım olanı edəcəyini deyib.
AzVision.az