İranda yaşayan uşaqların 15 faizi işləyir

İranda yaşayan  uşaqların 15 faizi işləyir
  01 Avqust 2023    Oxunub:862
Yoxsulluq üzündən ölkədə işləyən uşaqların sayı 15 faizə çatıb. Bu uşaqların ən azı 10%-i oxumaq və təhsil almaq imkanına malik deyil.
AzVision.az xəbər verir ki, “Məclis” araşdırmalar mərkəzinin “Uşaq əməyindən istifadə edilməməsinin effektiv monitorinqinin çətinlikləri” adlı hesabatında hökumətin belə acınacaqlı vəziyyətin aradan qaldırılması üçün lazımi tədbirlər göməyə borclu olduğu vurğulanır.

“İranda uşaq əhalisinin hal-hazırda təxminən 9 milyon nəfər olduğunu nəzərə alsaq, işləyən uşaqların sayı 15%-ə, yəni 1 milyon 350 min nəfərə çatıb. Uşaqlıqdan işləmək onları ləyaqətindən, bacarıq və qabiliyyətindən məhrum edir, fiziki və əqli inkişafa zərər verir. Bir sıra uşaqlar müxtəlif səbəblərdən, o cümlədən ailələrin yoxsulluğu üzündən müxtəlif formalarda, məsələn, emalatxanalarda işlədilir. Zərərli olduğuna görə, uşaq əməyi həm beynəlxalq, həm də daxili qanunlarda qadağan edilir və cinayət sayılır. Hökumət uşaq əməyinin azaldılması üçün tədbirlər görməyə, uşaqlara lazımi dəstəyi verməyə borcludur”, - hesabatda deyilir.

Problemin həlli isə yalnız yoxsulluğun aradan qaldırılması və cəmiyyətin məlumatlandırılması sayəsində mümkündür.

İranda işləyən uşaqların sayının dəqiq rəsmi statistikası açıqlanmır. Lakin Əmək nazirliyinin Strateji informasiya və Statistika mərkəzinin 10-17 yaş arası uşaqların aktivlik vəziyyəti ilə bağlı hesabatında 2017-ci ildə 9 milyon iranlı uşaqdan 499 min uşağın “fəal” olduğu bildirilir. Başqa sözlə desək, 6 il əvvəlki statistikaya görə, İranda təxminən yarım milyon uşağın ya işləyirmiş, ya da iş axtarırmış.

Son 6 ildə bu rəqəmin təxminən 2,7 dəfə artması İran hökumətinin iqtisadi siyasətinin iflasa uğradığını sübuta yetirir.
AzVision.az



Teqlər: İran   uşaqlar  





Xəbər lenti