İranın Qərbi Azərbaycan əyalətində Ağdərə kəndi mühasirəyə alınıb

İranın Qərbi Azərbaycan əyalətində Ağdərə kəndi mühasirəyə alınıb
  01 Avqust 2023    Oxunub:946
Qərbi Azərbaycan əyalətinin Ağdərə kəndi SEPAH qüvvələri tərəfindən mühasirəyə götürülüb. Səbə isə kənd əhalisinin yerli qızıl mədənində işlə təmin olunmamasına qarşı etiraz etməsidir.
AzVision.az “Hengaw” insan haqları bazasının yaydığı məlumata istinadən bildirir ki, SEPAH qüvvələri bölgənin Təkab şəhərinin Ağdərə kəndini mühasirəyə götürüblər. Xüsusi təyinatlılardan 100-ə yaxın qüvvə bazar ertəsi səhər kəndə hücum çəkərək onlarla vətəndaşı zorakılıqla yaralayıb və ya həbs edib. İndiyədək bu kənddə yaşayan 50-dən çox kürd vətəndaşı həbs olunub, 10-dan çox insan isə yaralanıb. Onlarla sakininin həbs olunmaq qorxusundan kəndin ətrafındakı dağlara sığındığı da bildirilir.

Hökumət qüvvələrinin etirazçılara atəş açması nəticəsində yaralanan 3 kürd vətəndaş Urmiya və Zəncan xəstəxanalarına yerləşdirilib.

Ağdərəyə hücum zamanı Əlahiddə Ümumqoşun ordusu qüvvələri əhalinin evlərini və maşınlarını dağıdaraq, kənd camaatına külli miqdarda maddi ziyan vurub. Bazar günündən kənddə telefon və internet xəttləri kəsilib.

Qarşıdurmanın əsas səbəbi isə mədən rəhbərliyinin öz vədindən boyun qaçırması olub. Belə ki, prokurorluğun vəsatəniə əsasən, bu mədəndə kənddə yaşayan fəhlələr işə götürülməli idi. Lakin rəhbər qrup kənd sakinlərini işə götürməyə söz versə də, daha sonra bundan imtina edib, hətta bəzilərini işdən çıxarıb. Bu mədənin rəhbər qrupu böyük gəlirlərə malik olmasına baxmayaraq, nəinki rayon əhalisinin tələblərinə məhəl qoymayıb, hətta onların minimum tələblərini nəzərə almaqdan imtina edib. SEPAH isə nəticədə məhz mədən rəhbərliyinin mövqeyini dəstəkləyərək, yerli əhaliyə divan tutub.

Yeri gəlmişkən, bu hökumət qüvvələrinin kəndə ilk hücumu deyil. Bir neçə il əvvəl Ağdərə kəndinin bir qrup sakininin kəndin qızıl mədənində iş tapmaq üçün toplanışı münaqişəyə səbəb olmuşdu. Bundan əvvəl Ağdərə mədənində işdən qovulan 17 işçinin qamçılanması etirazlar dalğasına səbəb olmuşdu.
AzVision.az






Teqlər: İran   Ağdərə  





Xəbər lenti