İzmirdə İsveç Konsulluğuna silahlı hücum olub

İzmirdə İsveç Konsulluğuna  silahlı hücum olub
  01 Avqust 2023    Oxunub:1016
Türkiyənin İzmir vilayətində İsveçin Fəxri Konsulluğu binası qarşısında silahlı hücum olub.
Türkiyə KİV-i xəbər verir ki, hücuma məruz qalan qadındır, şübhəli şəxs isə saxlanılıb.

İzmir Valiliyindən verilən açıqlamaya görə, vücudunun müxtəlif yerlerindən yaralanan və həyati təhlükəsi olan qadın Təpəcik Təlim ve Araşdırma Xəstəxanasına yerləşdirilib.

Hücumu törədən şübhəli şəxs isə əlindəki tabança ilə tutulub.

Polislər irimiqyaslı araşdırma başladıb.

AzVision.az



Teqlər:





Xəbər lenti