Türkmənistan Hava Yolları Moskvaya uçuşları dayandırdı

Türkmənistan Hava Yolları Moskvaya uçuşları dayandırdı
  01 Avqust 2023    Oxunub:1208
Türkmənistan Hava Yolları çərşənbə axşamından etibarən Aşqabaddan Moskvaya uçuşları dayandırıb.
Bu barədə şirkətin saytında məlumat verilib.

“Bildirmək istərdik ki, Moskva hava zonasında hava vəziyyəti ilə əlaqədar, habelə uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə risklərin qiymətləndirilməsinə əsasən 2023-cü il avqustun 1-dən etibarən Türkmənistan Hava Yollarının Aşqabad - Moskva - Aşqabad istiqamətindəki bütün reysləri dayandırılır. Uçuşlar Aşqabad - Kazan - Aşqabad marşrutu ilə həyata keçiriləcək”, - məlumatda deyilir.

AzVision.az



Teqlər: Moskva  





Xəbər lenti