"Belarus helikopterləri sərhəddə təxibat törədir"

   "Belarus helikopterləri sərhəddə təxibat törədir"
  02 Avqust 2023    Oxunub:1039
"Belarus hökməti “NATO-nun şərq cinahı”na və Polşanın özünə qarşı qəsdən təxribat törədib". AzVision.az xəbər verir ki, bu barədə məlumatı Polşa Müdafiə Nazirliyi yayıb.
“Əlbəttə, biz bu hadisə ilə bağlı NATO-nun qərargahına məlumat vermişik. Dünən təhlükəsizlik komitəsinin iclası olub. Silahlı qüvvələr üçün əmrlər verildi", - Polşa Müdafiə Nazirinin müavini Voyçex Skurkeviç deyib. Onun sözlərinə görə, belə hallar baş verməməlidir, çünki bu, toqquşmaya səbəb ola bilər.

Belarus Müdafiə Nazirliyi Varşavanın Belarus helikopterlərinin Polşa sərhədini pozması ilə bağlı ittihamlarını təkzib edir.

Eyni zamanda, Polşa Xarici İşlər Nazirliyi Belarus Hərbi Hava Qüvvələrinə məxsus iki helikopterin ölkənin hava məkanını pozduğunu iddia edərək Minskdən hərbçilərin hərəkətlərini izah etməyi tələb edib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər: Polşa   Belarus  





Xəbər lenti