Səlami: “Ötən il baş verən etirazlar İranana qarşı ən təhlükəli mübarizə idi”

   Səlami:    “Ötən il baş verən etirazlar İranana qarşı ən təhlükəli mübarizə idi”
  02 Avqust 2023    Oxunub:1054
Keçən il ölkədə yaşanan etirazların ildönümü yaxınlaşdıqca onların yenidən qızışması ehtimalı daha da güclənir ki, bu da İran hakimiyyətinin narahatlığına səbəb olur.
AzVision.az xəbər verir ki, “Ölkə üzrə Bəsic məmurlarının” konfransında çıxış edən SEPAH komandanı Hüseyn Səlami keçən il İranda yaşanan etirazları mövcud sistemə qarşı “ən güclü, ən təhlükəli, ən ciddi, ən qeyri-bərabər və ən geniş mübarizə” kimi qiymətləndirib.

Onun sözlərinə görə, düşmən 2022-ci ilin payızı hadisələrinin ildönümündə yenidən fitnə törətməyi planlaşdırır və bunun qarşısı alınmalıdır.

Məhsa Əmininin ölümündən sonra etirazların geniş şəkildə yatırılmasında SEPAH və Bəsic qüvvələrinin iştirak etdiyini təsdiqləyəm Səlami, onlarn “bacarıq, sabitlik, yüksək özünə inam və böyük ümidlə” meydanlara çıxdığını vurğulayıb.

“Bu etirazlar İran üçün acı idi, lakin keçən ilin “fitnə”si bizim üçün böyük dərs və döyüş oldu. Əgər biz kitablarda və ya məqalələrdə belə fitnəni bütün ölçüləri ilə öyrənmək istəsəydik, bunu bacarmazdıq, lakin bu fitnədə biz onu tam və əhatəli gördük”, - SEPAH komandanı deyib.
AzVision.az




Teqlər: İran   Səlami  





Xəbər lenti