İran raketlərlə təchiz olunmuş yeni gəmilərini nümayiş etdirib
Qeyd edilir ki, gəmilər Fars körfəzindəki İrana məxsus Əbu Musa adası yaxınlığında təqdime dilib. Hansı ki, bu ərazi bir sıra ərəb ölkələri tərəfindən mübahisələndirilir. Burada həmçinin SEPAH Hərbi Dəniz Qüvvələri təlimlər keçirirlər: “Sepah-in İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq İran adalarının ərazi bütövlüyünü qorumaq üçün Fars körfəzində "Şahid Hacı" xüsusi təyinatlılarının gəmilərini 600 kilometr mənzilli raketlərlə sınaqdan keçirib”.
Tural Tağıyev
AzVision.az
Teqlər: İran