İranlı deputat “Hicab və iffət” qanunu ilə məşğul olmağı məhkəmə yox, polisə tövsiyyə edib
“Qanun layihəsinin demək olar ki, 80%-i ilə razıyıq. Amma bu qanun layihəsinin bütün müddəalarını birdən-birə məhkəmə sisteminə göndərmək istəsək, işlərin həcmi artacaq. Əvvəlcə bu məsələlərlə İranın polis qüvvələri məşğul olmalıdır, məhkəmə hakimiyyəti yox. Hicab əleyhdarları üçün ağır cərimələrin müəyyən edilməsini bu qanun layihəsinin güclü tərəflərindəndir. Məclis araşdırmalar mərkəzinin rəyinə görə, cərimə o qədər ağır olmalıdır ki, həmin şəxs bir daha hicabı açmağı ağlına belə gətirməsin”, - Lacurdi deyib.
İran mediası “hicab və iffət” qanununun “qismən” çılpaqlığa görə iki milyon, “tam” çılpaqlığa görə isə 24 milyon tümən cərimə nəzərdə tutduğunu və bu pulun “cinayətkarların” bank hesabından silinəcəyini yazır.
AzVision.az