Miller: İranda jurnalistlərə qarşı repressiyalar davam edir

 Miller:  İranda jurnalistlərə qarşı repressiyalar davam edir
  02 Avqust 2023    Oxunub:1265
İran hakimiyyətinin jurnalistlərə münasibətdə həyata keçirdiyi repressiya siyasəti beynəlxalq miqyasda sərt reaksiyalar doğurur.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin sözçüsü Metyu Miller, İnqilab məhkəməsinin qadın jurnalistlər Səidə Şəfi və Nəsim Sultanbeygi haqqında çıxardığı hökmü pisləyərək, bunu İranda insan haqları pozuntularının davam etməsi kimi qiymətləndirib.

“Biz bu işlərdən xəbərdarıq. Biz əvvəllər İranda jurnalistlərə qarşı çıxarılan hökmləri izlədiyimiz kimi, bu işləri də izləyirik. Mən deyə bilərəm ki, İran hökuməti tərəfindən jurnalistlərin yalnız jurnalist fəaliyyətlərinə görə, tamamilə əsassız və həqiqətə uyğun olmayan ittihamlarla davamlı şəkildə sıxışdırılması onların insan hüquqlarının pozulmasıdır və dünya hələ də bu səhnəni izləyir”, - Miller deyib.

Qeyd edək ki, dünən İnqilab məhkəməsi “Qdın, Həyat, Azadlıq” etirazlarının yatırılması zamanı həbs olunan yazıçı-jurnalist Səidə Şəfini və jurnalist Nəsim Sultanbeygini həbsxana cəzasına və sosial məhrumiyyətlərə məhkum edib.
AzVision.az




Teqlər: İran   Miller  





Xəbər lenti