Putin Ramzan Kadırovun anasını təltif etdi
Qeyd olunur ki, Çeçenistan rəhbərinin anasına mükafatın təqdim edilməsinə səbəb onun fəal ictimai fəaliyyəti olub. Aymani Kadırova respublikada Rusiyanın yeni regionlarının sakinlərinə müntəzəm olaraq humanitar yardım göndərən fondu idarə edir.
Çeçenistan liderinin anasının artıq on mükafatı, o cümlədən Donetsk və Luqansk Xalq Respublikalarının “Dostluq” ordeni var.
Ramzan Kadırov Teleqram kanalında anasının mükafatlandırılmasına görə ölkə prezidentinə minnətdarlıq edib.
AzVision.az
Teqlər: