Dünyanın ən yaşlı insanı vəfat edib

Dünyanın ən yaşlı insanı vəfat edib
  02 Avqust 2023    Oxunub:1069
Braziliyada Yer kürəsinin ən yaşlı sakini 127 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə G1 xəbər portalı məlumat yayıb.

Paulino Qomez 19-cu əsrdə doğulmuş Yer kürəsinin sonuncu sakini hesab olunurdu. Ömrü boyu kənddə yaşayıb, təbii məhsullarla qidalanıb, at çapıb.

Qeyd olunur ki, Paulino cəmi dörd il əvvəl at sürməyi dayandırıb. Hazırda insanlar arasında uzunömürlülük rekordu indi 1907-ci ildə anadan olmuş və bu il 116 yaşını qeyd edən ispan Maria Branas Moreraya məxsusdur.

AzVision.az


Teqlər:





Xəbər lenti