Rusiya ilə İran arasında vizasız səfərlərə start verilib

   Rusiya ilə İran arasında vizasız səfərlərə start verilib
  02 Avqust 2023    Oxunub:1314
Avqustun 1-dən Rusiya Federasiyası ilə İran arasında turist qrupları üçün vizasız səfərlərə start verilib.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali deyib.

"Dünəndən onlar fəaliyyətə başlamalı idi, Lakin həm İranda, həm də Rusiyada nüfuzlu turizm agentliklərinin köməyi ilə qrup turist səfərlərinin avqustun 1-dən başlamasına razılaşdıq. Bu şirkətlər sadəcə turistləri qrup halında viza vermədən ya Rusiyaya, ya İrana aparırlar”, - deyə o, jurnalistlərə bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti