"Putinlə Ərdoğan görüşün yeri və tarixini yaxın vaxtlarda müəyyən edəcəklər" - Peskov

   "Putinlə Ərdoğan görüşün yeri və tarixini yaxın vaxtlarda müəyyən edəcəklər" -    Peskov
  02 Avqust 2023    Oxunub:1711
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşün yeri və tarixi ilə bağlı yaxın vaxtlarda qərar qəbul etmək barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, bütün bunlar diplomatik kanallar vasitəsilə həyata keçiriləcək.

Peskov əlavə edib ki, Ukraynada nizamlanma və taxıl sazişinin uzadılması mövzuları Rusiya Federasiyası və Türkiyə prezidentlərinin planlaşdırılan görüşünün gündəliyinə daxil olacaq. "Gündəm çoxşaxəli olan ikitərəfli münasibətlərimizdir. Bu, təbii ki, Ukraynadır, bu gün Putinin türkiyəli həmkarına hərtərəfli izahat verdiyi taxıl müqaviləsi məsələsi və təbii ki, bütün dünya məsələləri üzrə fikir mübadiləsidir", - Peskov bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti