"Paşinyanın əsas səhvi yanlış yolla getməsidir" - Lepexin

   "Paşinyanın əsas səhvi yanlış yolla getməsidir" -    Lepexin
  02 Avqust 2023    Oxunub:1281
"Paşinyanın əsas səhvi yanlış yolla getməsidir. Heç nəyə zəmanət verməyən avropalılarla danışıq aparmağın mənası yoxdur".
AzVision.az xəbər verir ki, bunu Avrasiya İqtisadi Birliyi İnstitutunun direktoru Vladimir Lepexin Ermənistan mətbuatına müsahibəsində bildirib.

"Azərbaycana və Türkiyəyə qarşı NATO qoşunlarını göndərəcəklər? Yalnız bir mexanizm var: Ermənistan tərəfi müharibədə uduzubsa, heç kim onunla danışıqlar aparmayacaq. Razılaşdıqlarını iddia edəcəklər, amma bu razılaşmalar yenə də pozulacaq. Azərbaycanın arxasında Türkiyə, Türkiyənin arxasında NATO durur. Bəs Ermənistanın arxasında, Paşinyanın arxasında kim var? Paşinyanı yox, Türkiyəni dəstəkləyən eyni Britaniya kəşfiyyatı”, - politoloq vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti