ABŞ Yunanıstan adalarında güclənmək istəyir

   ABŞ Yunanıstan adalarında güclənmək istəyir
  03 Avqust 2023    Oxunub:1171
ABŞ Konqresinin Nümayəndələr Palatası Müdafiə Büdcəsi qanununa düzəlişi qəbul edib.
Bu barədə Yunanıstanın “Parapolitika” qəzeti məlumat yayıb. Düzəlişə əsasən Yunanıstan adalarında ABŞ hərbi bazalarının yaradılması imkanının nəzərdən keçirilməsi tələb olunub. Dəyişiklik müdafiə naziri və dövlət katibini ABŞ-ın Yunanıstandakı hərbi mövcudluğunu genişləndirmək üçün mövcud imkanları birgə araşdırmağa, o cümlədən adalara xüsusi diqqət yetirməyə çağırır.

Senat artıq öz qanun layihəsinə səs verib və indi iki qanunverici orqan prezident Cozef Baydenə göndəriləcək yekun mətnin formalaşdırılması üçün danışıqlar aparır.

Yunanıstan və ABŞ 2019-cu ilin oktyabrında 1990-cı ildə bağlanmış qarşılıqlı müdafiə sahəsində əməkdaşlıq haqqında sazişə dəyişikliklər edib. Sənəddə ABŞ-ın Krit adasındakı Souda körfəzindəki hərbi-dəniz bazasının genişləndirilməsi, Larisa şəhəri yaxınlığındakı hərbi hava qüvvələri bazası, Stefanovikio (Maqnisiya regionu) ordusunun aviasiya bazası və şimal-şərqdəki Aleksandrupolis limanından istifadə edilməsi nəzərdə tutulur.

Sənəd, həmçinin Yunanıstan ərazisində Afinanın razılığı ilə ABŞ-ın istənilən başqa hərbi obyektdən istifadə imkanını da nəzərdə tutur.


AzVision.az


Teqlər:





Xəbər lenti