Abort etdiyinə görə İranda ginekoloqun əmlakı müsadirə olundu
“Onun ofisi bağlanıb, Qum Tibb elmləri universiteti bu mama-ginekoloqun bütün mal-dövlətini müsadirə olunub və onun fəaliyyətinə icazə verməyəcək”, - Mühibbi deyib.
Bundan bir gün əvvəl məhkəmə hakimiyyətinin sözçüsü Məsud Sitayişi bildirmişdi ki, cərimələri, həbsi və tibbi lisenziyaların ləğvini özündə əks etdirən “qeyri-qanuni abortla mübarizə üçün hərtərəfli plan” hazırlanaraq, ədliyyə orqanının rəhbərinə göndərilib.
İranda abort elanı vermək “cinayətinə” və bunun üçün daha sərt qanunların qəbuluna baxmayaraq, statistik rəqəmlər hökumətin bu məsələdə uğur qazanmadığını göstərir. Abortla məşğul olan hökumət mərkəzi, “Nəfs” düşərgəsinin katibi Möhsün Zəkəryan iki həftə əvvəl ölkədə hər gün 1000, illik isə 300-500 min “qanunsuz” abort edildiyini açıqlayıb.
AzVision.az