Su problemi hələ də Taliban-Tehran münasibətlərini soyudur
“Son iki gündə Əfqanıstanda yaxşı yağış yağdı və bu su Hari yoluna daxil oldu, ona görə də ümid edirəm ki, bu cənablar (Taliban) bu suyun Kamal Xan bəndindən keçməsinə və İrana daxil olmasına icazə verəcəklər”, - Səlacəgəh deyib.
Maraqlıdır ki, iki gün öncə İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani iki ölkə arasında danışıqların və status-kvo ilə bağlı ilkin razılaşmaların olduğunu iddia etmişdi.
Ötən aylarda İranın hakimiyyət orqanları dəfələrlə Talibanla danışıqlara başladığını iddia etsə də, nə Taliban belə danışıqların aparıldığını təsdiqləyib, nə də İran rəsmiləri iddia edilən bu görüşlər barədə məlumat veriblər.
1972-ci il müqaviləsinə əsasən, Əfqanıstan Hirmənd çayından hər il İrana 850 milyon kubmetr su verməlidir, lakin Əfqanıstanın bu müqaviləyə sadiq qalmaması onilliklər ərzində və xüsusən də son illərdə ikitərəfli münasibətlərdə ciddi problemlərdən birinə çevrilib.
Taliban rəsmilərinin dəfələrlə verdikləri açqılamalara görə, çayda su az olduğuna görə, hətta bənd açılacağı təqdirdə, su İrana çatmayacaq.
AzVision.az
Teqlər: İran Əfqanıstan