İranda Apellyasiya məhkəməsi bəhai vətəndaşın hökmünü qüvvədə sxladı
İyunun 21-də Əbülqasim Salvatinin rəhbərlik etdiyi Tehran İnqilab məhkəməsinin 15-ci şöbəsi Bəhadərini “altı il həbs, iki il ölkədən çıxış qadağası və əmlakının müsadirə olunması” cəzasına məhkum edib. Bəhadəri “birlik və sövdələşmə” ittihamı ilə 5 il və “rejim əleyhinə təbliğat” ittiham ilə 1 il olmaqla ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Ötən il oktyabr ayının 22-də İranda ümummilli etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş Bəhadəri Evin həbsxanasına yerləşdirilib.
Son aylarda İranda bəhailərin hüquq-mühafizə orqanlarına çağırılması, həbs edilməsi və onlara qarşı təhlükəsizlik əmrlərinin verilməsində xeyli artım müşahidə olunub.
Beynəlxalq insan haqları təşkilatları bəhai vətəndaşlara qarşı geniş yayılmış həbsləri və ağır cəzaları İran hökumətinin “insan hüquqlarının sistematik şəkildə pozulması” kimi qiymətləndirir.
BMT dəfələrlə İran qarşısında dini azlıqlara qarşı əsassız həbslərə və təzyiqlərə son qoymağı, həbsdə olan bəhailəri azad etmək tələbini qoyub.
AzVision.az