İranın həbs etdiyi fransız 100 mindən çox insanın dəstəyini qazanıb
Bank shəsində çalışan 35 yaşlı Arnaud 2022-ci ilin yayında “İpək Yolu”nun bütün ölkələrinə səyahət etmək qərarına gəlir. İtaliya, Yunanıstan, Türkiyə, Gürcüstan və Ermənistanı gəzdikdən sonra Luis ötən il sentyabrın əvəlində İrana gəlir və sentyabrın sonlarında buradaa həbs edilir.
Bəzi ekspertlərin fikrincə, ölkə daxilində və xaricində etirazlar hələ səngiməsə də, İran hökuməti və bir sıra Qərb ölkələri məhbuslar məsələsinin həlli üçün məsləhətləşmələr aparır.
Fransa hökuməti dəfələrlə İranın “Qərb vətəndaşlarının həbsi” ilə bağlı davranışını “danışıqlarda sövdələşmə” üçün “girov diplomatiyası” adlandırıb.
İndi İranda Luis Arnauddan başqa, Fransa həmkarlar ittifaqı fəalı olan Sesil Koller və onun həyat yoldaşı Jak Paris də həbsdədir. Bu şəxslər müxtəlif ittihamlarla, o cümlədən “casusluq, milli təhlükəsizliyə qarşı fəaliyyət, ABŞ ilə əməkdaşlıq və terrorizm” ittihamları ilə üzləşiblər.
AzVision.az