Gürcüstanda sürüşmə nəticəsində 16 nəfər torpaq altında qalıb

Gürcüstanda sürüşmə nəticəsində 16 nəfər torpaq altında qalıb
  03 Avqust 2023    Oxunub:1160
Gürcüstanın qərbindəki Şovi kurort zonasında torpaq sürüşməsi olub.
AzVision.az xəbər verir ki, yerli mətbuatda sürüşmə nəticəsində 6-sı uşaq olmaqla, 16 nəfərin torpaq kütləsinin altında qalması barəsində məlumat yayılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi əraziyə 2 xilasedici helikopterin göndərildiyini açıqlayıb.

Yerli sakinlər ərazidə vəziyyətin ciddi olduğunu, sürüşmə nəticəsində yaxınlıqdakı dağdan böyük torpaq kütləsinin qoparaq kotteclərin olduğu ətraf ərazilərə düşdüyünü, ərazini palçıqlı sel basdığını və yolu bağladığını bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti