Samaranın erməniəsilli səhiyyə naziri saxlanıldı

Samaranın erməniəsilli səhiyyə naziri saxlanıldı
  03 Avqust 2023    Oxunub:1014
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Samara vilayətinin erməniəsilli səhiyyə naziri Armen Benyanı saxlayıb.
AzVision.az “Lenta.ru” portalına istinadən xəbər verir ki, Benyanla yanaşı onun müavini Aslanbek Mayramukayev də saxlanılıb.
Sözügedən şəxslərin xidməti otaqlarında axtarışlar aparılıb. Bununla belə, Benyan və Mayramukayevin saxlanılma səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Benyan bu vəzifəyə 2020-ci ildə təyin edilib.


Teqlər:





Xəbər lenti