SEPAH “süni intellekt”li yeni raketlərdən istifadə edib
"Fars" xəbər agentliyinin məlumatına görə isə, bu təlimdə ilk dəfə olaraq “Qədir” qanadlı raket sistemi və “süni intellektlə təchiz olunmuş” “Fəth 360” ballistik raketi nümayiş etdirilib.
Həmçinin, İRNA dövlət xəbər agentliyi “İmam Məhəmməd Baqir Əməliyyat bazası”nın komandirinə istinadən bu təlimdə “PUA-lar və süni intellektə malik pilotsuz gəmilər”dən, “600 km-lik uzaqmənzilli raketləri olan gəmilər”dən istifadə edildiyini bildirib.
Əbu Musa, Böyük və Kiçik Tunb adlanan üç adada hərbi təlim keçirmək İranın qonşularına daha bir mesajı da ehtiva edir.
Bu adalara BƏƏ iddialıdır və onlar Məhəmməd Rza şah Pəhləvi dövründə, BƏƏ-nin yaranmasından əvvəl İran ərazisinə əlavə edilsə də, Fars körfəzinin cənub sahilində yerləşən digər ölkələr Əbu-Dəbinin mövqeyini dəstəkləyirlər.
“Associated Press” agentliyi bildirir ki, ABŞ-nin minlərlə dəniz piyadasını və dənizçini “USS Bataan” və “USS Carter Hall” gəmiləri ilə Fars körfəzinə göndərən məqamda bu təlimin keçirilməsi heş də təsadüfi deyil.
AzVision.az