KİV: "Suriyada ABŞ bazası raket atəşinə tutulub"

      KİV:    "Suriyada ABŞ bazası raket atəşinə tutulub"
  03 Avqust 2023    Oxunub:960
Suriyanın Həsəkə əyalətinin cənubundakı Əş-Şəddadi şəhərində yerləşən ABŞ hərbi bazası yaxınlığında bir neçə raket partlayıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Ikhbaria” telekanalı məlumat verib.

Məlumata görə, raket zərbələrinə məruz qalan hərbi obyekt tərəfdən səmaya qalın tüstü dumanı qalxır. Mümkün itkilər və maddi ziyan barədə məlumat verilməyib.

Əş-Şəddadi Əl-Cebsa neft yatağının yanında yerləşir. Hazırda pilotsuz uçuş aparatları bölgədə havadan izləmə aparır. ABŞ-ın Bağdaddakı hərbi komandanlığının nümayəndəsi hələ ki bazaya hücumu təsdiqləməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti