Hindistan istehsalı bu dərman qadağan edildi

Hindistan istehsalı bu dərman qadağan edildi
  03 Avqust 2023    Oxunub:1354
İraq səhiyyə nazirliyi Hindistanda istehsal edilən “Cold Out” soyuqdəymə dərmanını qadağan edib.
Bu barədə nazirliyin sözçüsü Seyf Bədir danışıb.

“Səhiyyə müfəttişliyi qrupları sözügedən dərmanın və digər qeydiyyatı olmayan dərmanların saxlanması ilə bağlı axtarış və araşdırmalara davam edir. Əgər onu satanlar ələ keçirilərsə, qanuna uyğun olaraq barələrində cinayət işi başlanacaq", -deyə o bildirib.

Bununla yanaşı, o, sözügedən dərmanın səhiyyə nazirliyinin rəsmi qeydlərində olmadığını və istifadəsinin qanuna zidd olduğunu söyləyib.

Qeyd edək ki, sözügedən dərmanın tərkibində zəhərli maddələrin olduğu iddia edilir.


Teqlər:





Xəbər lenti