Rusiya Kiyevin qaz borcuna görə verdiyi raketlərlə Ukraynanı vurur

Rusiya Kiyevin qaz borcuna görə verdiyi raketlərlə Ukraynanı vurur
  04 Avqust 2023    Oxunub:879
Rusiya qoşunları Kiyevin 1999-cu ildə qazın ödənişi kimi Moskvaya hədiyyə etdiyi raketlərdən istifadə edir.
AzVision.az xəbər verir ki, bu barədə “Z əməliyyatı: Rus baharının hərbi komissarları” (“RV”) Telegram kanalı məlumat yayıb.

Qeyd olunur ki, həmin vaxt Ukrayna Rusiyaya səkkiz Tu-160 və üç Tu-95MS ağır bombardmançı, həmçinin 575 Kh-55 raketi verib. Bunun üçün Moskva 275 milyon qrivna məbləğində qaz borcunu silib.

“İndi Kiyev mətbuatının məlumatına görə, bu raketlər Ukrayna hədəflərini vurur”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl “Z əməliyyatı: Rusiya baharının hərbi komissarları” Telegram kanalı Ukraynadakı rus hərbçilərinin İlan adasına kütləvi raket hücumu təşkil etdiyini yazmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti