Krımda 13 PUA vuruldu

Krımda    13 PUA    vuruldu
  04 Avqust 2023    Oxunub:914
Krıma növbəti dəfə Pilotsuz Uçuş Aparatları (PUA) ilə hücumlar olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanı Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, Rusiya hava hücumundan müdafiə sistemləri Krım ərazisinə hücum etməyə cəhd edən on Ukrayna pilotsuz uçuş aparatını vurub. Daha üç PUA isə radio elektron mübarizə vasitələri ilə sıradan çıxarılaraq yerə endirilib.

Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, Krıma hücum cəhdi nəticəsində itki və dağıntı olmayıb.

Qeyd edək ki, Müdafiə Nazirliyi avqustun 4-nə keçən gecə Ukraynaya məxsuz ekipajsız katerlərin Rusiya Hərbi Dəniz Qüvvələrinin Novorossiyskdəki bazasına hücum etdiyini də açıqlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım   PUA  





Xəbər lenti