İranda edam olunan bəlucların sayı artır

İranda edam olunan bəlucların sayı artır
  04 Avqust 2023    Oxunub:913
İran hkimiyyətinin bəluc vətəndaşlara qarşı ayrı-seçkilik siysəti məhkəmələrin bu adamlara münasibətdə çox asanlıqla ölüm hökmləri çıxarmasını şərtləndirən amillərdən biridir.
AzVision.az
Bəlucistanda insan haqları sahəsində fəaliyyət göstərən “Halvaş” saytının hesabatına istinadən xəbər verir ki, son üç gündə Sistan və Bəlucistan, hbelə Bircənd həbsxanalarında 11 bəluc vətəndaşı edam edilib. Bu edamları “narkotiklə bağlı ittihamlara görə” həyata keçirilib.

“Məhkumların heç biri ailəsi ilə sonuncu görüşə getməyib və ailələr yalnız qohumlarının cənazələrini qəbul etməyə çağırılıb. Məhkumlardan bəziləri edam hökmünün icrası üçün olduqları həbsxanadan Zahidan mərkəzi həbsxanasına köçürülüb. Cəmiyyətin, dünyanın qüdrətli ölkələrinin, beynəlxalq forumların və böyük və populyar medianın susqunluğuna baxmayaraq, bəluc vətəndaşların edamının artacağından ciddi şəkildə narahatıq”, - hesabatda deyilir.

Ölkədə “Qadınlar, Həyat, Azadlıq” etirazlarının başlaması ilə bəluc vətəndaşların edamları xeyli artıb. Bəzi mənbələrin məlumatlarına görə, ötən il avqustun 20-dən bu il iyunun 24-dək ölkənin müxtəlif həbsxanalarında ən azı 156 bəluc vətəndaş edam olunub.

Əksər edamlar hökumət tərəfindən açıqlanmasa da, bu rəqəmlər hüquq müdafiəçiləri və təşkilatları tərəfindən təsdiqlənmiş insanların sayıdır.
AzVision.az



Teqlər: İran   bəluclar  





Xəbər lenti